Şrift ölçüsü:
A+
A
A-
Kr
23 May 2014

"Neftçi" 6-cı dəfə kubokun sahibi oldu!

Azərbaycan kubokunun sahibi müəyyən olunub. 2013/14 mövsümündə son titulun qalibi “Qəbələ” – “Neftçi” matçında müəyyənləşib.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan oyunda bakılılar 6-cı dəfə ölkə kubokunu qazanıblar.

Hesabı ikinci hissədə "Neftçi" futbolçuları açıb. 52-ci dəqiqədə Samir Məsimov rəqib qapısının torunu silkələyib. Bundan sonra irəli atılan "Qəbələ" 72-ci dəqiqədə bərabərlik qolu vurub. Cavab qolunun müəllifi Marat İzmaylov olub.

Əlavə edilən vaxtda komandalardan heç biri qol vura bilməyib. Penaltilər seriyasında isə "Neftçi" daha dəqiq olub.

Bununla da, "Neftçi" tarixində 6-cı dəfə Azərbaycan kubokunun sahibi olub. Bakılılar artıq ikinci mövsüm dalbadal kuboku başları üzərinə qaldırırlar.

Finalın qalibi Avropa Liqasına II təsnifat mərhələsindən başlamaq hüququ da əldə edir. Məğlub komanda isə I təsnifatdan yarışa qatılacaq.

Bundan başqa, qalib Azərbaycan Superkubokunda oynamaq imkanı qazanıb. Bu ilin payızında keçirilməli olan qarşılaşmada "Neftçi" ölkə çempionu “Qarabağ”la üz-üzə gələcək.


Azərbaycan kuboku

Final
“Qəbələ” – “Neftçi” - 1:1 Penaltilər: 2:3

Qollar: Marat İzmaylov, 71 - Samir Məsimov, 52
Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Zeynal Zeynalov, Rauf Cabbarov
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Ömər Paşayev
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
1393 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber