Şrift ölçüsü:
A+
A
A-
Kr
23 May 2014

Soma faciəsinə görə 432 uşaq yetim qaldı

“Mədənçilərin 255 nəfəri evli, 46 nəfəri subaydır. Uşağı olan mədənçi sayı 217 nəfərdir. 84 fəhlənin isə uşağı yoxdur".
Türkiyə baş nazirinin müavini Beşir Atalay ilə ailə və sosial siyasət naziri Ayşənur İslam Somada baş vermiş mədən qəzası barədə mətbuat konfransı keçiriblər. Nazir Ayşənur İslam qəzaya düşən fəhlələr barədə bəzi statistik rəqəmləri açıqlayıb. Nazir 301 fəhlənin öldüyü qəzadan sonra 289 ailəylə görüşdüklərini deyib.
“Mədənçilərin 255 nəfəri evli, 46 nəfəri subaydır. Uşağı olan mədənçi sayı 217 nəfərdir. 84 fəhlənin isə uşağı yoxdur. Qəzada 432 uşaq yetim qalıb. Bu uşaqlarda orta yaş həddi 10-dur. İndi bizim əsas işimiz bu ailələrə köməklik göstərmək, həyatlarına davam etmək üçün tədbirlər görməkdir”.
Beşir Atalay isə mədənçilər üçün toplanan yardım barədə danışıb.
“Hazırda yığılan yardım barədə dəqiq məbləğ açıqlaya bilmirik. Federasiyalardan biri 1 milyon avro deyir, Türkiyə Palatalar və Birjalar Şurası (TOBB) 5 milyon lirə (1 milyon 875 AZN) deyir. Bütün bunlar toplandıqdan sonra ümumi məbləği açıqlayacağıq”.
Xatırladaq ki, mayın 13-də Manisa vilayətinin Soma rayonunda kömür mədənində dəhşətli qəza baş verib, nəticədə 301 nəfər ölüb, 486 nəfər xəsarət alıb./ans/
1128 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber