Şrift ölçüsü:
A+
A
A-
Kr
23 May 2014

"Google"a daha bir rəqib gəlir

Dünəndən internetin axtarış saytları siyahısına yeni bir axtarış sistemi də əlavə edilib. Bu Rusiyanın www.sputnik.ru axtarış sistemidir. Saytın təqdimatı dünən Peterburqda keçirilən Beynəlxalq İqtisadi Forumda baş tutub.

Saytın hazırlanmasına 2012-ci ildən başlanıb. Hələlik sistemin işləməsinə 20 milyon dollar xərclənib. Saytın yaradıcılarından olan “Rosttelekom” Şirkətinin vitse prezidenti Aleksey Basov deyib ki, biz hələlik yolun əvvəlindəyik, gələcəkdə yeni axtarış xidməti sistemimiz genişlənəcək, “Sputnik” platforması inteqrasiyalar edəcək və başqa şirkətlərin də texnologiya və məhsullarından faydalanacaq .Mütəxəssislərin fikrincə , gələcəkdə Twitter, ВКонтакте, Facebook, Google+, RSS sistemlərinin də yeni sistemə qoşulmaq şansları olacaq. Yeni axtarış sisteminin məqsədi əsasən Apple, Microsoft və Google aləmində baş verən yeniliklərdən xəbərdar olmaqdır.
LiveInternet monitorinq sisteminin nəticələrinə görə Rusiya bazarında ötən ilin aprelində "Yandex"də payı 62 faiz, Google - 27,6 faiz, Mail.ru - 7,7 –faiz təşkil edib.

Yeni internet sistemində hətta yaşlı və pensiyaçıların də istifadəsi nəzərdə tutulub. Belə ki, pensiyaçılar hətta bir çox kommunal xərclərini və ödəmələrini yeni axtarış sistemində yerləşdirilən şəbəkələr vasitəsilə həyata keçirə biləcəklər.
1323 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:31