Şrift ölçüsü:
A+
A
A-
Kr
23 May 2014

Ən böyük Qurani-Kərim sərgiləndi – Foto

Dünyanın ən böyük əlyazma Quranının ilk 10 səhifəsi İranın paytaxtı Tehranda Mir Aməd Xətt və Yazı Sənətləri Muzeyində sərgiyə çıxarılıb.  Xəttat Əli Əkbər İsmayıli Kuçani üzünü köçürdüyü on səhifəlik Quran haqqında məlumat verib.   O, bəzi ölkələrdə Quranın yandırılması və hörmətsizlik olunduğuna görə, böyük Quran yazmağa qərar verib. Beş il Quranın 28 cüzvünü yazaraq tamamlayıb. Yalnız 2 cüzv qaldığını və Quranın təxminən 650 səhifə olacağını da qeyd edib.   Qeyd edək ki, hər surədə yazılan “Bismillah” sözü və 114 bəsmələ fərqli şəkildə yazılıb. 2,5 metrlik əlyazmada Quranın hər surəsi üçün fərqli naxışlardan da istifadə olunub. 


1427 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber