Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Oktyabr 2013

14 yaşlı məktəbli müəllimənin başını kəsdi

ABŞ polisi 24 yaşlı müəlliməni amansızlıqla qətlə yetirən 14 yaşlı məktəblini həbs edib. Bu vəhşət Massaçusets ştatının Denver şəhərindəki məktəbin ayaqyolunda baş verib.

Teleqraf.com-un məlumatına görə, hələlik qətlin motivi tam müəyyən edilməyib. Bəlli olan odur ki, dərsdən sonra Kolin Ritçer oğlandan riyaziyyatdan əlavə məşğələyə qalmağı xahiş edib.

Təqsirləndirilən Ranii Redauinin sinif yoldaşları bildirib ki, Filip siniflə işləməyi deyil, individual qaydada məşğul olmağı üstün tutub. Dərsdə o, əlini qaldırmayıb və müəlliməyə heç bir sual verməyib.

Oktyabrın 2-də riyaziyyat dərsində məktəblilər yoxlama işi yazıb. Filip isə öz noutbukanda nə iləsə məşğul olub. Müəllimə Kolin Ritser bunu görüb, lakin ona "təzyiq etməmək" qərarına gəlib.

Dərsdən sonra Filip müəllimənin xahişi ilə məktəbdə qalıb. Saat 15.30-da isə müşahidə kameralarında onun ayaqyolunda müəlliməni qəddarlıqla öldürməsi əksini tapıb. Daha sonra o, cəsədi zibil konteynerinə qoyaraq məktəbin arxasındakı meşəliyə aparıb və orada gizlədib.

Qətldən sonra yeniyetmə soyuqqanlı şəkildə Hollivud filminə baxmaq üçün kinoteatra gedib. Səhər o, həbs edilib və məhkəməyə gətirilib.

Faktla bağlı araşdırma aparılır.
1650 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber