Şrift ölçüsü:
A+
A
A-
Kr
23 May 2014

"Ölsəm belə qayıtma"

"Ölsəm belə qayıtma" - Mirvari Qəhrəmanlının qızına mesajı

Hüquq müdafiəçisi mətbuat konfransı keçirdi
Bu gün hüquq müdafiəçiləri Mirvari Qəhrəmanlı və Leyla Yunus RATİ-də mətbuat konfransı keçirərək, hüquq müdafiəçisi Mətanət Əzizovanın ailə üzvlərinin məruz qaldığı təzyiqlərdən danışıblar.

Dünən M.Əzizovanın ərinin və azyaşlı oğlunun ölkə sərhədlərindən buraxılmaması, onların başqa ölkəyə getməsinə imkan verilməməsi siyasi hakimiyyətin Əzizovaya qarşı qərəzinin nəticəsidir və qanunsuzluqdur.

M.Qəhrəmanlı deyib ki, qızı ölkədən işiylə bağlı gedib: "Hazırda ailəsinə olunan basqılara görə halı pisləşib və müalicə alır. Nəvəmin və qızımın yoldaşını sərhəddən qanunsuz şəkildə buraxmayıblar. Deyiblər ki, adınız kompüterdə var. Ölkədən çıxışınız qadağan edilib. Onları girov kimi saxlayıblar ölkədə. L.Yunus:Mənə edilmiş qanunsuz hərəkətlər Mətanətə qarşı edilir. Onun ailəsinə basqı edilir ki, o geri qayıtsın".

Hüquq müdafiəçisi qızı ilə bağlı təzyiqə məruz qaldığını da bildirib: "Məndən qızının harada olmasını soruşurlar. Mən heç vaxt bunu deyə bilmərəm. Onun həyatı təhlükədə ola bilər. Onu oradan oğurlaya bilərlər. Ondan Leyla Yunusa qarşı izahat almaq istəyirlər. Mən elə övlad böyütməmişəm ki, kiminsə üzünə dursun. Mən onu qızlığımdan silərəm".

Musavat.com müxbiri yazır ki, Mirvari Qəhrəmanlı şok açıqlama da verib. O, qızına deyib: "Ölsəm belə qayıtma Bakıya. Məni basdıran olacaq, amma səni həbsdən xilas edən olmayacaq. 3 ay müddətində gəlməməlidir. Onu ayın 3-də həbs etmək istəyirdilər. Amma planları baş tutmadı".

Qeyd edək ki, M.Əzizova Sülh və Demokratiya institunun rəhbəri Leyla Yunusun köməkçisidir. Hakimiyyət orqanları L.Yunusa ermənilərlə əməkdaşlıq ittihamı ilə kampaniyaya başladıqları vaxt M.Əzizova xaricə ölkəyə yollanıb vətəhlükəsizliyinə təminat olmadığı üçün ölkəyə qayıtmayıb.

Bununla bağlı M.Əzizovanın anası Mirvari Qəhrəmanlının sağlıq durumunda problemlərin yarandığı barədə də mediada informasiyalar gedib./musavat/
1791 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08