Şrift ölçüsü:
A+
A
A-
Kr
23 May 2014

Eldar Namazovdan sərt xəbərdarlıq

Qarşıdakı iki il ərzində AŞPA-nın komitə iclaslarının Azərbaycanda keçirilməməsi ilə bağlı qərar, habelə adıçəkilən qurumun sədri Ann Brassörün demokratiya və insan haqlarının vəziyyəti ilə bağlı səsləndirdiyi tənqidlər hakimiyyətə qarşı ilk ciddi təzyiq kimi qiymətləndirilməkdədir

Bununla bağlı açıqlama verən “EL” hərəkatının sədri, politoloq Eldar Namazov hakimiyyətə yönəlik tənqidlərin davam edəcəyini vurğulayıb:
“Hələ proseslər davam edir. Azərbaycan Avropa Şurasının Nazirlər Kabinetinə sədrliyə başladığı üçün Bakıda Avropa Şurası, bu qurumun Parlament Assambleyasının tədbirləri keçirilir. Bu tədbirlər zamanı çox ciddi müzakirə və tənqdilər qaçılmazdır.

Bu gün baş verənlər bunun ilk işartılarıdır. Hesab edirəm ki, gərginliklər bundan sonra da davam edəcək. Insan haqları, siyasi məhbuslarla bağlı məsələlərdə ciddi irəliləyiş olmayana qədər Avropa Şurası ilə Azərbaycan hökuməti arasında gərgin durum aradan qalxmayacaq”./moderator/
1595 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:27