Şrift ölçüsü:
A+
A
A-
Kr
23 May 2014

Suriya ilə bağlı qətnamə veto edildi

Rusiya və Çin Təhlükəsizlik Şurasının Suriya ilə bağlı qətnaməsini veto edib
Moskva rəsmiləri Suriya məsələsinin BMT təhlükəsizlik Şurasına çıxarılmasını və bu məsələnin Beynəlxalq Cinayətlərə məhkəməsinə həvalə edilməsini müdaxilə adlandırıb

Rəsmi Moskva və Pekin Fransanın təşəbbüsü və digər 60 ölkənin təsdiqi ilə BMT Təhlükəsizlik Şurasına çıxarılan qətnaməni veto ediblər. İnterAz-ın əl-Məyadinə istinadla verdiyi xəbərə görə, Moskva rəsmiləri Suriya məsələsinin BMT təhlükəsizlik Şurasına çıxarılmasını və bu məsələnin Beynəlxalq Cinayətlərə məhkəməsinə həvalə edilməsini müdaxilə adlandırıb.

Qeyd edək ki, ötən həftə Fransanın yeni təklifi ilə Suriyada müharibə tərəflərinin cinayət törətdikləri və bu məsələnin Beynəlxalq Cinayətlər məhkəməsinə həvalə edilməsi təşəbbüsü irəli sürülmüşdü. Fransanın bu təklifini daha 60 ölkə təsdiqləmişdi. Rusiyada öz növbəsində belə bir məsələnin BMT Təhlükəsizlik Şurasına çıxarılacağı təqdirdə veto edəcəyini bəyan etmişdi.
1556 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...