Şrift ölçüsü:
A+
A
A-
Kr
24 May 2014

Misirdə seçkiqabağı iki “sükut günü” başlayıb

Misirdə mayın 26-27-də keçiriləcək prezident seçkilər ilə əlaqədar iki “sükut günü” başlayıb.

RİA Novosti agentliyinin verdiyi məlumata görə, prezident seçkilərində cəmi iki namizəd iştirak edir: Misirin sabiq müdafiə naziri Əbdülfəttah əs-Sisi və nasirçi sosialist Hamdeyn Səbbahi.

Qanunvericiliyə əsasən, seçkiqabağı kampaniya 21 gün davam edib. İki “sükut günündə” namizədlərin seçicilərin qərarına təsir edəcək hər hansı təbliğat fəaliyyətinə qadağa qoyulub. Əks halda, qanun pozucularına 200 min misir funtu məbləğində (30 min ABŞ dollarına yaxın) cərimə kəsiləcək.

Qeyd edək ki, Misirin keçmiş müdafiə naziri Əbdülfəttah əs-Sisi xarici ölkələrdə Misir prezidenti seçkilərinin yekunlarına görə seçicilərin səslərinin 94,5% - ni toplayıb. Hamdeyn Səbbahi isə səslərin cəmi 5,5%-ni toplaya bilib. Səsvermə ölkənin xaricində yaşayan misirlilər üçün mayın 15-dən 19-dək keçirilib.
1183 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber