Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Oktyabr 2013

Bu il Azərbaycanın müdafiə sektoru 76 itki verib

2013-cü ilin 2013-ci il, yanvar-oktyabr (27 oktyabradək) Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 76 nəfər təşkil edib. Bu nəticələr “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin kütləvi informasiya vasitələri üzərində həyata keçirdikləri monitorinqin nəticələrinə əsasən əldə edilib.
Bu barədə məlumat verən “Doktrina” JHAM direktoru Cəsur Sümərinli qeyd edib ki, ötən müddətdə 80 nəfər yaralanıb və ya xəsarət alıb. C.Sümərinli qeyd edib ki, müvafiq dövrdə dünyalarını dəyişənlərin 10-u döyüş (10 nəfər erməni gülləsi), 66-sı isə qeyri-döyüş itkiləridir. Bundan başqa C.Naxçıvanski adına hərbi listeyin kursantı da naməlum səbəbdən dünyasını dəyişib (hərbi qulluqçu statusuna malik olmadığına görə siyahıda ayrıca qeyd olunur).
9 nəfər bədbəxt hadisədən (suda boğulma, yıxılma, tank altında qalma, yanma, elektrik cərəyanı vurma), 14 nəfər avtoqəzadan, 3 nəfər vertolyot qəzasından, 3 nəfər naməlum səbəbdən, 2 nəfər ehtiyatsızlıqdan, 2 nəfər mülki şəxs tərəfindən, 6 nəfər qeyri-nizamnamə (qanunazidd) hərəkətlərindən, 11 nəfər xəstəlikdən dünyasını dəyişib. 16 nəfər intihar edib. Dünyasını dəyişənlərin 59-u Müdafiə Nazirliyinin, 4-ü Dövlət Sərhəd Xidmətinin, 9-u Daxili Qoşunların, 1-i XDMI-nin, 1-i Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, 2-i Fövqəladə Hallar Nazirliyinin (1 nəfər Naxçıvan FHN) hərbi qulluqçularıdır.
Yaralılara və xəsarət alanlara gəlincə (80 nəfər) C.Sümərinli bildirdi ki, onların 13-ü qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan) 6-i intihara cəhddən, 4-ü mülki şəxslərlə davadan, 9-u erməni gülləsindən, 1 nəfər mina partlayışından, 4-ü bədbəxt hadisədən (liftin şaxtasına yıxılma, yanğın, partlayış və s.), 43-ü isə avtoqəza nəticəsində yaralanıblar və ya xəsarət alıblar. 54 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu, 6 nəfər Dövlət Sərhəd Xidmətinin, 20 nəfər Daxili Qoşunların hərbi qulluqçusudur. Yaralıların və xəsarət alanların bir çoxu xidmət yerinə qayıdıblar.
1647 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı