Şrift ölçüsü:
A+
A
A-
Kr
24 May 2014

Bu gün Lissabonda Çempionlar Liqasının finalı oyunu keçiriləcək

Bu gün Avropanın ən güclü klubunun adı bəlli olacaq. Qitənin ən yaxşısı Çempionlar Liqasının finalında müəyyənləşəcək.

Avropanın ən nüfuzlu klub turnirinin həlledici matçında iki İspaniya təmsilçisi üz-üzə gələcək. Madrid təmsilçiləri “Atletiko” ilə “Real” Primerada başa çatan mübarizələrini bu dəfə qitə miqyaslı turnirdə davam etdirəcəklər.

Qonşu Portuqaliyanın paytaxtı Lissabonda üz-üzə gələcək “Atletiko” ilə “Real” həlledici görüşə fərqli əhval-ruhiyyədə gəlib. Sonuncular ölkə çempionatında bürünclə kifayətləndiyindən azarkeşləri önündə günahlarını yumalıdır. “Real” bunu bacarsa, tarixində 10-cu dəfə qitənin ən nüfuzlu turnirinin qalibi olacaq.

Çempionlar Liqasının rekordçusundan fərqli, “Atletiko” heç vaxt bu mükafatı qazanmayıb. Lakin uzun fasilədən sonra İspaniya çempionu adını əldə edən Dieqo Simeonenin yetirmələri daha nüfuzlu yarışda da qələbə qazanmağa, bununla da ilkə imza atmağa çalışacaq.

Oyunun Portuqaliyada keçirilməsi “Real”a müəyyən üstünlük də verir. Çünki komandanın 3 aparıcı üzvü bu ölkəni təmsil edir. Dünyanın ən yaxşı futbolçusu Kriştianu Ronaldo vətənində nəyə qadir olduğunu göstərmək iddiasındadır. “Real”ln heyətində ilk dəfə Portuqaliyada rəsmi matça çıxacaq ulduz azarkeşlərinə sevinc bəxş etmək fikrindədir.

Çempionlar Liqası
Final
24 may

23:45. “Real” (İspaniya) – “Atletiko” (İspaniya)
Baş hakim: Byorn Kuypers (Hollandiya)
Lissabon (Portuqaliya). “Benfika” stadionu
1398 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.