Şrift ölçüsü:
A+
A
A-
Kr
24 May 2014

Neva çayından azərbaycanlı kişi və qadın cəsədi tapıldı

Rusiyanın Leninqrad vilayətinin Sankt-Peterburq şəhərində Kalininsk rayonu sahillərində azərbaycanlı kişi və qadının cəsədi tapılıb.

Rusiya mediasının məlumatına görə, cəsədlər Neva çayından tapılıb.

Məlumata görə, Neva çayının Sankt-Peterburq sahillərində 45-47 yaşlarında kişi meyiti aşkar olunub. Onun üzərinə baxış zamanı Azərbaycan vətəndaşı olmasını təsdiq edən sənədlər aşkar olunub. Ölmüş qadının da azərbaycanlı olması ehtimal edilir.

Cəsədlər tapılana qədər uzun müddət suda qalıb və tanınmaz hala düşüblər. /axar/
1312 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP