Şrift ölçüsü:
A+
A
A-
Kr
24 May 2014

Urumçidə terror aktında ölənlərin sayı 39-a çatıb

Çinin Sincan-Uyğur muxtar vilayətinin inzibati mərkəzi Urumçu şəhərində törədilən terror aktı nəticəsində ölənlərin sayı 39-a çatıb.

RİA Novosti agentliyinin verdiyi məlumata görə, partlayışlar zamanı 94 nəfər xəsarət alıb.

Yerli hüquq-mühafizə orqanları beş şübhəlinin şəxsiyyətini müəyyən edildiyini bildirirlər.

Qeyd edək ki, Çin Xalq Respublikasının tərkibində Sincan-Uyğur muxtar vilayəti 1950-ci illərdə yaradılıb. Müstəqil uyğur islam dövlətinin yaradılması uğrunda mübarizə aparan “Şərqi Türküstan İslam Hərəkatı” Çində terrorçu təşkilat elan olunub.
1329 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP