Şrift ölçüsü:
A+
A
A-
Kr
24 May 2014

Amili: “İslamçı məhbuslar uca tutulmalıdır!”

Ərdəbil şəhərinin cümə imamı Ayətullah Seyid Həsən Amili cümə namazının xütbələrində 25 rəcəb İmam Musa ibn Cəfərin şəhadətinin ildönümü münasibəti ilə o həzrətin zalım rejimin zindanlarında həbs və işgəncələri haqda məlumat verib, xalqın bu məsələyə diqqət yetirməsinin və əza tədbirlərində iştirak etməsinin vacibliyini vurğuladı.
Ayətullah Seyid Həsən Amili Azərbaycan respublikasında ruhani, mömin və islamçıların həbsinə toxunaraq dedi: “Onlar çox böyük insanlar və bərəkət amilidirlər. Onları uca tutmaq lazımdır. Bu adamlar xəyanət etməmişlər, narkotik maddə yaymamışlar, oğurluq etməmişlər, silah götürüb hakimiyyət əleyhinə qiyam etməmişlər. Onlar Allahın əmri olan hicabı müdafiə edərək həbsə düşmüşlər. Bu böyük insanları şərləmək gülüncdür. Onlar öz qeyrətlərini, dinlərini və namuslarını müdafiə etdiklərinə görə həbs olunmuşlar. Hamı onları uca tutmalı, onlara hörmət etməlidir. Onların həbsdə qalması ilahi əmrin yerdə qalması deməkdir”.

Nur-az.com
1904 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı