Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Oktyabr 2013

28 oktyabrda gözlənilən hava şəraiti

AzərTAc xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava
dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində, əsasən, yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 8-12°, gündüz 16-20°, Bakıda gecə 10-12°, gündüz 18-20° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 764 millimetr civə sütunu, nisbi rütubət gecə 85-95, gündüz 65-75 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Havanın temperaturu gecə 1-6° isti, bəzi yerlərdə 3°-dək şaxta, gündüz 16-21° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gecə və səhər duman, çiskin olacağı, gün ərzində, əsasən, yağmursuz keçəcəyi gözlənilir.
Havanın temperaturu gecə 0-5° isti, gündüz 9-14° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında gün ərzində hava əsasən yağmursuz olacaq.
Havanın temperaturu gecə 4-9°, gündüz 16-21° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gündüz, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.
Havanın temperaturu gecə 2-7°, gündüz 14-19° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında gün ərzində, əsasən, yağmursuz keçəcək.
Havanın temperaturu gecə 6-11°, gündüz 16-21° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında bəzi yerlərdə yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Səhər dağlarda duman olacaq.
Havanın temperaturu gecə 8-12°, gündüz 15-20° isti,
dağlarda gecə 1-6° isti, gündüz 10-15° isti olacağı gözlənilir.
1773 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat