Şrift ölçüsü:
A+
A
A-
Kr
24 May 2014

Türkiyədə 6,5 bal gücündə zəlzələ baş verib, xəsarət alanlar var

Bu gün saat 14:26 radələrində Türkiyədə 6,5 bal gücündə zəlzələ baş verib.

“Hürriyet” qəzetinin verdiyi məlumata görə, zəlzələnin episentri Çanaqqalanın Gökçeada rayonunun qərbində, Egey dənizində olub.

Daha sonra 5,3 bal olmaqla, gücü 3 baldan böyük 13 ardıcıl yeraltı təkan qeydə alınıb.

Zəlzələ Boludan Ədirnəyə, İstanbuldan İzmirə, Çanaqqaladan Eskişəhərə qədər geniş bir ərazidə hiss edilib. Ədinə və Çanaqqalada bəzi yaşayış məntəqələrində binalarda çatlar yaranıb.

Zəlzələdən sonra bu ərazidəki yaşayış məntəqələrindəki insanlar küçələrə axışıb. Sarıköydə özünü binadan yerə atmış 5 nəfər yaralanıb. Gökçeada da yaralananlar var.

İstanbul valisi Hüseyin Avni Mutlu İstanbulda yaşayış binalarına hər hansı ziyanın dəymədiyini açıqlayıb.
1109 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı