Şrift ölçüsü:
A+
A
A-
Kr
24 May 2014

Bəşər Əsəd Putini təriflədi

Rusiya BMT Təhlükəsizlik Şurasının qətnaməsini qəbul etməməklə nəyinki Suriyanı, həmçinin bütün Yaxın Şərqi böhrandan xilas etdi.

Suriya prezidenti Bəşər Əsəd Rusiya Federasiyasının nümayəndəsi Dmitri Roqozinlə Dəməşqdə keçirtdiyi görüş zamanı bəyan edib ki, Rusiya BMT Təhlükəsizlik Şurasının qətnaməsini qəbul etməməklə nəyinki Suriyanı, həmçinin bütün Yaxın Şərqi böhrandan xilas etdi.

“Rusiya BMT Təhlükəsizlik Şurasının qətnaməsinə dördüncü dəfə veto qoymaqla, nəyinki Suriyanı, həmçinin bütün Yaxın Şərqi xilas etdi, dünyada stabilliyi qoruyub saxladı və Qərb hegemoniyasına son qoydu. Bütün bunlar Putinin xidmətləridir. O, Rusiyanı dünyada əvvəlki mövqeyinə qaytarmağa nail oldu, ən əsası da Sovetlər İttifaqının əvvəlki mövqeyini qaytardı” – öz çıxışında Əsəd vurğulayıb. Bu barədə “RİA Novosti” xəbər verib.

Qeyd edək ki, Rusiya və Çin BMT Təhlükəsizlik Şurasının Suriya ilə bağlı qətnaməsinə mayın 23-də veto qoydular. Bu qətnaməyə əsasən, Suriya Beynəlxalq Cinayət Məhkəməsinə verilməli idi. Qətnamə Fransa tərəfindən hazırlanmışdı. Rusiya Federasiyasının BMT-dəki nümayəndəsi Vitaliy Çurkin bildirib ki, bu sənəd Suriyadakı vəziyyətə hərbi müdaxilə üçün bəhanə rolunda çıxış edir./interaztv.com/
1545 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber