Şrift ölçüsü:
A+
A
A-
Kr
24 May 2014

Putin SSRİ-nin bərpasından danışdı

“Rusiyanın postsovet məkanında öz təsirini bərqərar eləməyə çalışdığı haqda iddialar yanlışdır. Bu, informasiya mübarizəsinin bir elementidir”.

Belə bir açıqlamanı Rusiya prezidenti Vladimir Putin bu gün Peterburqda dünya KİV-lərinin rəhbərləri ilə görüşündə verib.

“Bizə belə bir yarlıq yapışdırmaq istəyirlər ki, guya imperiyanı, Sovet İttifaqını bərpa eləmək, hamını öz təsirimiz altına salmağa çalışırıq. Bu, qəti şəkildə həqiqətə uyğun deyil”, - deyə o bildirib.

Putinin iddiasına görə, Krımın Rusiyaya birləşdirilməsi planı da mövcud olmayıb. “Rusiya postsovet məkanında inteqrasiya proseslərini SSRİ-ni və ya imperiyanın bərpa eləmək üçün yox, postsovet məkanında yaradılan ölkələrin konkret üstünlüklərindən istifadə eləmək üçün qaydaya salmağa səy edir” – deyib Kreml başçısı. /Musavat/
1318 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:21