Şrift ölçüsü:
A+
A
A-
Kr
24 May 2014

“Yeni Rusiya” dövləti yaranır – Müqavilə

Donetsk və Luqansk “xalq respublikaları” birləşərək “Yeni Rusiya” dövləti quracaqlar.

Bunu Donbasın “xalq qubernatoru” Pavel Qubarev öz şəxsi Feysbuk hesabında yazıb:

“Donetsk və Luqansk xalq respublikaları tək bir dövlətdə birləşmək üçün sənəd imzaladı. Xalq respublikaları Yeni Rusiya adı altında birləşəcək”.

Sənəd ölkənin 8 rayonundan 145 nümayəndənin iştirak etdiyi qurultaydan sonra imzalanıb. Görüş bağlı qapılar arxasında keçirilib. Onun sözlərinə görə, yeni dövlətə Donetsk və Luqanskla yanaşı Dneprpetrovsk, Zaparoji, Odessa, Nikolayev, Xarkov və Xerson da daxil olacaq.

Xatırladaq ki, Ukrayna hadisələrinin başlandığı ilk vaxtlarda Rusiya Prezidenti Vladimir Putinin Ukraynanın şərq vilayətlərində “Yeni Rusiya” adlı dövlət yaratmaq niyyətinin olduğu ilə bağlı xəbər yayılmışdı və bu təhlükə hər dəfə vurğulanırdı.
1573 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.08.17, 17:20
Maraqlı meyvələr - Foto
17.08.17, 09:47
Rusiyadan İrana dəstək
16.08.17, 11:14
PKK türk əsgərini vurdu
16.08.17, 08:00
"Qarabağ" qalib gəldi
15.08.17, 08:17
Sionist Netanyahuda