Şrift ölçüsü:
A+
A
A-
Kr
25 May 2014

Atletiko Madrid çempion ola bilmədi

UEFA Çempionlar Liqasının qalibi müəyyənləşdi. Lissabonun Estatdio da Luz stadionunda Madridin iki komandası arasında keçirilən qarşılaşmadan Real qələbə ilə ayrıldı. Bəxt Atletiko-dan ən son məqamda və sürətlə üz döndərdi.
Belə ki, hesabı 36-cı dəqiqədə Dieqa Qodin açdı – Atletiko 1: Real 0.
Hesab 90 dəqiqə ərzində dəyişmədi. Realın aramsız hücumları və qapıya yol tapmaq cəhdləri nəticəsiz qaldı. Amma...
Oyunun əsas vaxtına artırılmış 3 dəqiqənin sonuncu saniyələrində Sergio Ramos komandasını məğlubiyyətdən xilas etdi. Onun başla vurduğu zərbə hesabı bərabərləşdirdi və Reala ümidlər qazandırdı.
Komandalar 30 dəqiqəlik əlavə vaxta getdilər. İlk 15 dəqiqədə hesab dəyişmədi – 1:1. İkinci 15 dəqiqədə, hətta 15 dəqiqənin ikinci yarısı ərzində Real meydanı Atletiko üçün cəhənnəmə çevirdi.
Əvvəlcə Dimarianın qapıya zərbəsini Karel Beyl başla uğurla tamamlayır – 2:1.
Sonra isə Marselo və Ronaldo (penalti) hesab arasında fərqi üçə çatdırır – 4:1.
Beləliklə, 2014 ÇL mövsümündəki uğurlu oyununa və Realla qarşılaşmadakı əzmkarlığına baxmayaraq, Atletiko Madrid can atdığı adı – çempionluğu qazana bilmədi. Bəlkə də sadəcə, bəxt ən son anda ondan üz döndərdi.
1543 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 10:10