Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Oktyabr 2013

Bu gün İran və BAEA arasında görüş keçiriləcək

Oktyabrın 30-31-də Vyanada İran və beynəlxalq vasitəçilər - "altılıq" arasında ekspertlər səviyyəsində danışıqların aparılacağı gözlənilir

Dünya Hər iki tərəfdən müzakirəçilər komandasının dəyişdirilməsindən sonra İran və Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) arasında danışıqların ilk mərhələsi bazar ertəsi Vyanada baş tutacaq. Trend xəbər verir ki, yerli vaxtla saat 13:00-da BAEA-nın mənzil-qərargahında Agentliyin baş direktoru Yumiya Amano ilə İranın nüvə məsələsi üzrə baş müzakirəçisi, xarici işlər nazirinin müavini Abbas Əraqçi görüşəcəklər. Sonra saat 15:00-da adi formatda görüş balayacaq.

Agentliyin mətbuat xidmətinin məlumatına görə, BAEA nümayəndə heyətinə ilk dəfə baş direktorun müavini Tero Varyoranta başçılıq edəcək. O, oktabrın 1-də bu vəzifədə Herman Nakertsi əvəzləyib.

BAEA ilə danışıqlardan sonra, oktyabrın 30-31-də Vyanada İran və beynəlxalq vasitəçilər - "altılıq" arasında ekspertlər səviyyəsində danışıqların aparılacağı gözlənilir.
1524 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP