Şrift ölçüsü:
A+
A
A-
Kr
25 May 2014

Ermənilər yenə hücuma keçdi

Ermənistan silahlı qüvvələri Füzuli rayonunun Qaraxanbəyli kəndinin yaxınlığındakı yüksəkliklərdən rayonun təmas xəttində yerləşən Alxanlı kəndini atəşə tutub.

Qarşı tərəf əsasən iri çaplı silahlardan istifadə ediblər. 

Atışma təqribən saat 24:00 radələrindən başlayıb. Hazırda davam edir. Kənd sakinləri təhlükəsizlik üçün evlərdəki işıqları söndürmək məcburiyyətində qalıb. Əldə etdiyimiz məlumata görə, sakinlər arasında xəsarət alan yoxdur.

Hazırda atışma davam edir.

Xatırladaq ki, mayın 21-dən 22-nə keçən gecə erməni kəşfiyyat-diversiya qrupu cəbhənin Füzuli rayonu ərazisində müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlardan birinə basqın etməyə cəhd göstərmişdi./ans/
1483 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP