Şrift ölçüsü:
A+
A
A-
Kr
25 May 2014

25 mayda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Mayın 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gündüz cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 15-19, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında
Mayın 25-də hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam əsasən cənub və qərb rayonlarında yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 14-19, gündüz 29-34, dağlarda gecə 8-13, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir.
1376 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber