Şrift ölçüsü:
A+
A
A-
Kr
25 May 2014

Kadırov Ukraynada əsir düşən rus jurnalistləri geri aldı

Çeçenistan rəhbəri Ramzan Kadırov Ukrayna əsgərləri tərəfindən əsir götürülmüş Rusiyanın “Life Nevs” kanalının əməkdaşları Oleq Sidyakin və Marat Sayçenkonun azadlığa buraxıldlğını bildirib.

Kadırov bu barədə İnstaqram səhifəsində məlumat yerləşdirib. O bildirib ki, hazırda jurnalistləri gətirən təyyarə Kiyevdən Qroznıya istiqamət alıb.

Kadırov əlavə edib ki, Putin bununla olmağından asılı olmayaraq, hər zaman vətəndaşlarını müdafiə etməyə hazır olduğunu sübut edib:

"Çeçen xalqı adından milli liderimiz Vladimir Putinə təşəkkür edirəm. Marat və Oleq səhərə qədər Qroznıda qalıb istirahət edəcəklər. Sabah isə valideynləri onları Moskvada qarşılaya bilərlər".

Xatırladaq ki, hər iki jurnalist mayın 18-də Donbasın Kramatorski şəhəri yaxınlığında separatçılarla birlikdə əsir düşmüşdülər.
1515 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.12.17, 14:42
Şəhidimiz dəfn edildi
14.12.17, 14:42
Ordumuz şəhid verdi
14.12.17, 09:31
İSRAİLİN SONU - VİDEO
13.12.17, 11:31
“WhatsApp”dan 4 yenilik
12.12.17, 10