Şrift ölçüsü:
A+
A
A-
Kr
25 May 2014

Hərbi maşın karvanına bombalı hücum olub

Pakistanda silahlıların nəzartində olan Mohmandda hərbi maşın karvanına bombalı hücum olub.

Nəticədə 4 əsgər ölüb, 3-ü yaralanıb.

Paytaxt İslamabadda isə bu səhər iki terror aktı törədilib. İlk partlayış şəhərin F6 bölgəsindəki bazarın maşın dayanacağında baş verib.

Hadisə zamanı 1 mühafizəçi həyatını itirib. Bundan yarım saat sonra G9 bölgəsində qeydə alınan ikinci partlayışda isə 1 nəfər ağır yaralanıb.

Şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib.

Xatırladaq ki, bir qədər əvvəl Pakistan Talibanı lideri Molla Fəzlullahın videomüraciəti yayılmışdı.

Yazıda Fəzlullah terror aktları törədəcəkləri barədə xəbərdarlıq etmişdi. Bundan 2 gün sonra Pakistan Hava Qüvvələri Talibanın qalası sayılan Şimali Vəziristana hava zərbələri endirmiş, hücum zamanı 60 silahlının öldürüldüyü açıqlanmışdı.
1449 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:57
Zaqatalada evdən ik