Şrift ölçüsü:
A+
A
A-
Kr
25 May 2014

Şəhid ailəsi intihar həddinə çatıb

Fuad Rüstəmov: «Biz heç bir məmurun şəxsi malını istəmirik, atamızın axan qanının haqqını istəyirik»

Şəhid ailəsi olan Rüstəmovların əli hər yerdən üzülüb. Ağdərənin müdafiəsi uğrunda gedən döyüşlərdə həlak olmuş şəhidin övladı Fuad Rüstəmov “Azadlıq”a məktubunda yaşamağa yerləri olmamasından, düşdükləri acınacaqlı durumdan bəhs edir:

“Atam şəhid olanda biz körpə idik. Anamız bizi təkbaşına, çox çətinliklə böyütdü. Amma bizim xoş günümüzü görmək ona da qismət olmadı. Qəfil əməliyyat keçirmək məcburiyyətində qalan anamız bir nadan həkimin səhvi ucbatından sağ çıxmadı. Biz kimsəsiz olduğumuz üçün heç nəyi sübut edə bilmədik. Bütün şəhid ailələri kimi, bizim ailə də uzun müddətdir ki, ev növbəsində dayansaq da, bugünədək halal haqqımızı ala bilməmişik. Anamız 2012-ci ilin sentyabrında vəfat edib. Bundan 9 il öncə də mənzil növbəsinə dayanmışdıq. Yaşadığımız Binəqədi Rayon Icra Hakimiyyətindən deyirlər ki, bizə mənzil düşmür, çünki anamız vəfat edib. Yaxşı, bəs anamız sağ olanda niyə vermirdilər?

Son üç ay ərzində dövlət başçısı daxil olmaqla, əlaqədar qurumlara 105 şikayət ərizəsi göndərmişik. Heç bir ərizəyə cavab verilməyib. Biz nə edək? Canımıza qəsd edəkmi? Biz də benzin töküb özümüzü yandıraqmı? Bunlardan ötrü ölməyinə dəyərdimi?

Mən 7 ildir ki, nişanlı qalmışam. Şəraitimiz olmadığı üçün ailə həyatı qura bilmirəm. Qardaşım iki körpəsilə olmazın əziyyətlər çəkir. Biz heç bir məmurun şəxsi malını istəmirik. Atamızın axan qanının haqqını istəyirik. Xahiş edirik, bizim səsimizi lazım olan qurumlara çatdırın".
1396 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber