Şrift ölçüsü:
A+
A
A-
Kr
25 May 2014

Ukraynada bu gün növbədənkənar prezident seçkiləri keçiriləcək

Ukraynada bu gün növbədənkənar prezident seçkiləri keçiriləcək. Prezidentliyə 21 namizəd iddialıdır.

“RBK”nın verdiyi xəbərə görə, prezident seçilmək üçün ən şanslı namizədlər “Batkivşina” partiyası tərəfindən irəli sürülən, bir müddət əvvəl həbsdən azad edilən Yuliya Timoşenko, sahibkarlar Pyotr Poroşenko və Sergey Tiqipko hesab olunurlar.

Seçkilər zamanı asayişi 65 min milis işçisi, 15 min FHN əməkdaşı və 17 min könüllü, Milli Qvardiya əsgərləri və hərbi məktəblərin kursantları qoruyacaq.

Ölkənin baş naziri Arseniy Yatsenyuk ötən gün çıxışında qeyd edib ki, Ukraynada mütləq qanuni yolla seçilmiş prezident olacaq və o, ilk səfərini Avropa Birliyinin paytaxtına edərək, nəhayət, AB ilə azad ticarət zonası haqqında müqaviləyə imza atacaq.

Qeyd edək ki, seçkiləri, ümumilikdə, 3607 müşahidəçi izləyəcək.

Ukrayna MSK-nın məlumatına görə, seçicilərin sayı təxminən 35,5 mln təşkil edir, onlar ölkə üzrə 33,6 min seçki məntəqəsində səsvermə hüququndan yararlana biləcəklər.

Qeyd edək ki, Ukraynada prezident seçkilərində səs həddi tətbiq olunmur – seçkilər istənilən halda baş tutmuş hesab olunacaq. Sosioloqlar səsvermədə 60-70% seçicilərin iştirak edəcəyini proqnozlaşdırır.
1195 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı