Şrift ölçüsü:
A+
A
A-
Kr
25 May 2014

Əli Laricani yenidən İran parlamentinin sədri seçilib

Əli Laricani yenidən İran parlamentinin sədri seçilib.

“Fars” xəbər agentliyinin verdiyi məlumata görə, İran parlamentinin daxili nizamnaməsinə əsasən, bu gün Rəyasət Heyəti, spiker, iki vitse-spiker, 6 katib və 3 nəzarətçi vəzifələrinə seçkilər keçirilib.

Əli Laricani 187 səslə yenidən İran parlamentinin sədri olub. Onun opponentləri Əhmədi Bəxşeyişi 32 səs, Bəhram Piranvənd isə 26 səs alıblar.

Ə.Laricani bundan əvvəl 4 il VIII çağırış parlamentinin spikeri vəzifəsini icra edib və bundan sonra da daha üç il IX çağırış İran parlamentinə sədrlik edəcək.
1308 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:27