Şrift ölçüsü:
A+
A
A-
Kr
25 May 2014

İran Qarabağ münaqişəsinin həllini istəyir

"Bu münaqişə İranın Azərbaycan və Ermənistanla sərhədlərinin bir hissəsini əhatə edir"
"Dağlıq Qarabağ münaqişəsinin həll olunması İranın xarici siyasətinin əsas hədəflərindən biridir."

Bu sözləri İranın Azərbaycandakı səfiri Möhsin Pakayin bu gün İranın XİN-in Təbrizdəki ofisində jurnalistlərə müsahibəsində deyib.

"Bu münaqişə İranın Azərbaycan və Ermənistanla sərhədlərinin bir hissəsini əhatə edir. Azərbaycan və Ermənistan arasında qarşıdurma bu iki ölkənin xeyrinə olmadığı kimi, əlbətdə ki İranın da xeyrinə deyil", -deyə Pakayin bildirib.

İranın bəlli bir zaman çərçivəsində Qarabağ münaqişəsinin həlli üçün vasitəçilik etdiyini qeyd edən Pakayin, bölgənin təhlükəsizliyinin təmininin İran üçün böyük önəm daşıdığını bildirib.

Pakayin deyib ki, ATƏT-in Minsk qrupuna üzv ölkələr Qarabağ münaqişəsinin həllində maraqlı olmadığını bildirib: "Lakin elə görsənir ki, münaqişə tərəfləri Qarabağ probleminin ATƏT-in Minsk qrupu çərçivəsində həllini istəyirlər. Minsk qrupu 20 ildir fəaliyyət göstərir, lakin münaqişənin həlli üçün heç bir addım atmayıb".
1556 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı