Şrift ölçüsü:
A+
A
A-
Kr
25 May 2014

Hanı Milli Şuranı topa tutanlar?

Rüstəm Ibrahimbəyovu Rusiyaçılıqda ittiham edənlər, Ramiz Mehdiyevin müsahibəsinə niyə münasibət bildirmir?

Eldəniz Quliyev: «Hakimiyyətin yürütdüyü siyasət qeyri-stabil və biədəbdir»


ABŞ-a qarşı hücumlara PA rəhbəri Ramiz Mehdiyev də qoşuldu və kəskin ittihamlar səsləndirdi: “Bu cür bəyanatlar açıq-aydın təxribatdır. Azərbaycan, üçüncü qüvvələrin arzularından asılı olmayaraq, qonşuları ilə mehriban qonşuluq siyasəti yürüdüb və həmişə də yürüdəcək. Dünyadakı hazırkı vəziyyət bizim addımlarımızın düzgün və səmərəli olduğunu bir daha sübut edir. ABŞ səfirinin bu müsahibəsi dünyada və postsovet məkanda daha çox Qərbin ucbatından gərginləşən geosiyasi proseslər fonunda ən azı təəccüb doğurur”- deyə Ramiz Mehdiyev bildirib.

Ramiz Mehdiyevin səsləndirdikləri 2013-cü ilin prezident seçkilərini xatırlamaq zərurəti yaradır. Yəqin ki, bu yaxın keçmişi heç kim unutmayıb. Seçki ərəfəsində Milli Şuranın yaranması və Rüstəm Ibrahiməbyovun birləşmiş müxalifətin vahid namizədi seçilməsi, hökumətin təzyiqini qaldırdı.

Vəziyyət o həddə çatdı ki, Milli Şura Rusiyanın proyekti kimi cəmiyyətə təqdim edildi və Rüstəm Ibrahimbəyov isə “vətən xaini” elan olundu. Bütün bu proseslər isə “Rusiya amili” ilə əlaqələndirilirdi. Yəni Rusiyaya işləmək xəyanət hesab edilirdi, Milli Şuranın Qərb dəyərlərindən uzaqlaşdığı, Azərbaycanı Avropaya inteqrasiyadan məhrum etmək istədiyi təəssüratı yaradılırdı.

Digər tərəfdən, Azərbaycan nümayəndə heyəti ABŞ-a səfər edərək, Rusiya və Irandan şikayət edir və ölkənin demokratikləşməsinə şimaldan və cənubdan maneə törədildiyini bildirirdilər.

Indi isə, Ramiz Mehdiyev Rusiyanı ABŞ-dan qorumağa başlayıb və ABŞ-ın qonşularımıza qarşı təxribatçı siyasət yürütdüyünü dilə gətirir.

Bir neçə ay öncə Azərbaycanın müstəqilliyinə təhlükə kimi görünən ölkə, indi səmimi dosta çevrilib. Seçki dövründə bu ölkə ilə əməkdaşlıq etmək xəyanət sayılırdısa, indi vətənə xidmət deməkdir.

Milli Şuranın üzvü Eldəniz Quliyev bildirdi ki, hakimiyyət qeyri-peşəkar addımlar atır və bunların siyasəti ağ rəngə qara, qara rəngə ağ demək üzərində qurulub. Çünki Azərbaycanda avtoritar bir hakimiyyət var və bu hakimiyyətin yürütdüyü siyasət qeyri-stabildir. “Özləri Rusiyanın proyekti olduqları halda, demokratik düşərgəni bununla ittiham edirlər və düşmən kimi göstərirlər. Gündə bir dona girirlər. Bu qədər qeyri-səmimilik, riyakarlıq olmaz. Öz maraqları naminə istənilən adama böhtan atmağa hazırdılar. Bir sözlə, hakimiyyət çox biədəb siyasət yürüdür və yəqin ki, özləri də bu ziddiyyətli addımların fərqindədilər”./azadlıq/
1435 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı