Şrift ölçüsü:
A+
A
A-
Kr
25 May 2014

"Anası erməni olanın Müdafiə Nazirliyində nə işi var?"

"O, özü etiraf edib ki, anası ermənidi".

Bu sözləri hərbi ekspert Üzeyir Cəfərov haftaya açıqlamasında Azərbaycan Silahlı Qüvvələrinin Ali Hərbi Akademiyasında yüksək vəzifə tutan polkovnik Seyran Qafarov haqda danışarkən deyib. Ü.Cəfərov bildirib ki, Azərbaycanın təhlükəsizlik orqanları ermənilərlə əlaqəsi olan şəxslərə xüsusi diqqətlə yanaşmalıdır: "Anası erməni millətindən olan adamın Müdafiə Nazirliyində nə işi var?! Qarabağ savaşının ən ağır dönəmində bu adam Azərbaycan silahlı qüvvələrinə gəlmədi. Zaqafqaziya hərbi dairəsinin əməliyyat idarəsində xidmət edib. Mən bu məsələni qaldıranda onunla əlaqə saxladılar və dedi ki, bəli, mənim anam erməni olub. Onun həm Ermənistanda, həm də Rusiyanın özündə erməni qohumları var. Azərbaycan xüsusi xidmət orqanları bu məsələyə diqqət yetirməlidirlər. Biz ölkənin təhlükəsizliyini belə şəxslərə qurban verə bilmərik".
1329 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber