Şrift ölçüsü:
A+
A
A-
Kr
26 May 2014

Hərbi hissəyə məxsus avtomobillər hücuma məruz qaldı

Yol kənarında yerləşdirilmiş partlayıcının işə düşməsi nəticəsində iki sürücü yaralanıb

Türkiyənin Şırnaq vilayətində hərbi hissəyə məxsus yük avtomobilləri naməlum şəxslər tərəfindən hücuma məruz qalıb. Yol kənarında yerləşdirilmiş partlayıcının işə düşməsi nəticəsində iki sürücü yaralanıb. Məlumata görə, partlayış uzaqdan idarə olunan sistem vasitəsi ilə həyata keçirilib. Hadisədən dərhal sonra təhlükəsizlik qüvvələri regionda irimiqyaslı əməliyyatlara başlayıblar. Hücuma görə məsuliyyəti heç kim üzərinə götürməyib.

Diyarbəkir vilayətində isə bir qrup terror qrupu tərəfdarları ilə təhlükəsizlik qüvvələri arasında qarşıdurmalar olub. Qarşıdurmalar zamanı fəallar əsgərlərə pirotexniki vasitələrlə hücum ediblər. Qarşıdurmalarda 3 əsgər xəsarət alıb. Rəsmilər etirazçı qrupun yolları kəsərək nəqliyyatın hərəkətinə mane olduğunu, lakin təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə aksiyanın dağıdıldığını məruzə ediblər.
1021 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı