Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Oktyabr 2013

Suriya kimyəvi silahın məhvi proqramın vaxtından əvvəl təhvil verdi

Kimyəvi silahların zərərsizləşdirilməsi ilə bağlı ilkin proqram nəzərədə tutulandan 3 gün tez hazırlaanaraq təhvil verilib.

Suriya rəhbərliyi kimyəvi silahların zərərsizləşdirilməsi ilə bağlı ilkin planlaşdırmasını nəzərədə tutulandan 3 gün tez hazırlayıb. Əsəd hakimiyyəti zəhərli qazlarla və kimyəvi silahların məhvi ilə bağlı proqramını Kimyəvi silahların Qadağan edilməsi Təşkilatına təhvil verib.

Təşkilatdan verilən açıqlamaya görə, bu sahədə Suriyanın ciddi və böyük hədəfli proqramı var. Proqrama əsasən silahların məhvinin 2014-cü ilin ortasında başa çatması planlaşdırılır.

Xatırladaq ki, Suriya ilk olaraq sentyabr ayında təşkilata kimyəvi silahları ilə bağlı ilkin plan təqdim etmişdi. Bundan sonra silahlar üzrə mütəxəssislər Suriyaya gələrək kimyəvi silah anbarlarında müşahidələrə başlamışdılar.

Suriyada xardal və sarin qazı da daxil olmaqla min tom kimyəvi silah olduğu güman edilir.
1448 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı