Şrift ölçüsü:
A+
A
A-
Kr
26 May 2014

"Boko Haram" cahil və azğınlardan ibarətdir

İran prezidenti Həsən Ruhani Nigeriyada fəaliyyət göstərən terrorçu qruplaşması barədə bu cür fikir səsləndirib

Boko Haram qruplaşması cahil və azğın insanlardan ibarətdir. Onların müqəddəs Qurandan və Həzrət Peyğəmbərdən öyrəndikləri heç nə yoxdur. İran prezidenti Həsən Ruhani Nigeriyada fəaliyyət göstərən terrorçu qruplaşması barədə bu cür fikir səsləndirib. Paytaxt Tehranda çıxışı zamanı Ruhani qruplaşmanın İslam dini adından fəaliyyət göstərməsini və sözügedən qrupun Nigeriyada son zamanlarda törətdiyi zorakılıqları tənqid edib.

"Bu qruplaşma məktəbli qızları oğurlamaqla lovğalıq edir və bu hərəkətlərinə İslam pərdəsi altında haqq qazandırır. Onlar gənc qızlarla kölə kimi davranırlar. Onlar qətiyyən Həzrət Peyğəmbəri özlərinə nümunə görmürlərlər".

Bir müddət əvvəl 300-ə yaxın məktəbli qızı oğurlayan Boko Haram qızların İslam dinini qəbul etdiyini bildirmişdi. Qruplaşmanın lideri Nigeriya prezidenti Qudlak Conatan üsyançıları azadlığa buraxmayacağı təqdirdə qızları qul kimi satacaqlarını bəyan etmişdi.
1125 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP