Şrift ölçüsü:
A+
A
A-
Kr
26 May 2014

"Türklər Rusiyaya axışır"

Rusiya senatoru: "Türklər Rusiyaya axışır"

"Rusiyanı tərk edən Avropa firmalarının yerini, türklər doldurur".

Bu barədə Rusiya-Türkiyə İş Adamları Birliyi rəhbəri, Rusiya parlamentinin üst qanadının senatoru Əhməd Palankoyev deyib.

Palankoyev Rusiyaya tətbiq edilən sanksiyalar səbəbindən Avropa şirkətlərinin bu ölkəni tərk etdiyini, ancaq Türkiyə şirkətlərinin onların yerlərinə keçməyə hazır olduğunu bildirib.

Rusiya parlamentinin üst qanadının senatoru Əhməd Palankoyev son zamanlar Türkiyə ilə əməkdaşlıq əlaqələrinin də genişləndiyini qeyd edib:

"İndiki vaxtda ağır geosiyasi vəziyyət yaşayırıq. Amma bu Türkiyə ilə iqtisadi əlaqələrimizə mənfi təsir etmir, tam tərsi əlaqələr güclənir. Ticarət həcmimiz artacaq. Rusiyaya Türkiyə iş adamları sərmayə qoyur. İnanıram ki, 2020-ci ilə qədər ticarət həcmini 100 milyard dollara qədər yüksəldəcəyik".
1417 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 22:08