Şrift ölçüsü:
A+
A
A-
Kr
26 May 2014

Zərif və Eşton bu gün İstanbulda görüşəcəklər

Məhəmməd Cavad Zərif və Ketrin Eşton bu gün İstanbulda görüşəcəklər

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Türkiyəyə yola düşüb.

“Mehr” xəbər agentliyinin verdiyi məlumata görə, səfərdə məqsəd Avropanın xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonla İranın nüvə proqramı barədə müzakirələri aparmaqdır.

Qeyri-rəsmi xarakter daşıyan danışıqlar iki gün davam edəcək.

M. C. Zərif və K. Eşton bu gün axşam Bakı vaxtı ilə 22:00-da İranın İstanbuldakı Baş Konsulluğunda işgüzar şam yeməyində bir araya gələcəklər.

Qeyd edək ki, İranla “altılıq” ölkələri arasında növbəti görüş iyunun 16-20-da Vyanada keçiriləcək. Tərəflər arasında mövcud olan fikir ayrılıqlarına görə indiyədək yekun razılaşmanın mətninin yazılması müümkün olmayıb.
1142 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16,