Şrift ölçüsü:
A+
A
A-
Kr
26 May 2014

"Moskva Poroşenko ilə dialoqa hazırdır, amma..."

Sergey Lavrov: "Moskva Poroşenko ilə dialoqa hazırdır, amma..."

Moskva Poroşenko ilə dialoqa hazırdır, amma vasitəçilər lazım deyil. Bunu Rusiya XİN rəhbəri Sergey Lavrov bildirib. Trend-in məlumatına görə, xəbəri İTAR-TASS yayıb.
Nazir deyib: "Aİ və ABŞ ilə "yol xəritəsi"nin reallaşdırılmasına yardım etməklə bağlı əməkdaşlığa hazırıq. Ukrayna ilə münasibətlərə gəldikdə isə, burada vasitəçinin lazım olduğuna şübhə edirəm".
Onun sözlərinə görə, Mixeil Saakaşvilini Rusiya ilə Ukrayna arasında dialoqda vasitəçi etmək dəqiq lazım deyil.
S. Lavrov bildirib ki, Rusiyada Pyotr Poroşenkonun "prezident seçiləcəyi halda ilk səfərinin Donbasa" olacağına dair bəyanatına diqqət yetiriblər.
Nazir həmçinin əlavə edib ki, Moskva Ukrayna ilə "real dialoqun qurulmasına qəti çıxış edir".
Rusiyalı nazir qeyd edib: "Bu gün demək olar ki, seçkiqabağı kampaniya problemsiz olmayıb, namizədlərin heç də hamısı məsafənin sonuna kimi çata bilməyiblər".
Moskva ümid edir ki, Ukrayna hakimiyyəti ATƏT-in "yol xəritəsi"ni yerinə yetirəcək.
Onun sözlərinə görə, Ukrayna hakimiyyəti regionlar üçün kompromis razılaşmalara yer olmasını təmin etməlidir. Lavrov onu da qeyd edib ki, BMT və ATƏT Kiyevdən Odessa faciəsini araşdırmağı tələb etməlidir.
1167 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:20