Şrift ölçüsü:
A+
A
A-
Kr
26 May 2014

Səfər Əbiyevin biznesi əlindən alınır

Keçmiş müdafiə naziri müflisləşdirilir

Keçmiş müdafiə naziri Səfər Əbiyev tutduğu vəzifədən azad ediləndən sonra ona qarşı hücumlar səngimək bilmir. Bu hücumların Səfər Əbiyevin hakimiyyətdəki rəqibləri tərəfindən təşkil olunduğu şəksizdir. Hələ bir müddət əvvəl keçmiş müdafiə naziri haqqında dərc edilən kompramat xarakterli materiallara münasibət bildirərkən bəyan etmişdi ki, bütün bunlar bir mərkəzdən idarə edilir.
Səfər Əbiyev ad çəkməsə də, ona hücumların iqtidar düşərgəsindəki rəqiblərindən gəldiyini işarə vurmuşdu.
Dünən aldığımız məlumatda deyilir ki, artıq Səfər Əbiyevin biznesi əlindən alınır. Keçmiş müdafiə nazirinin nəzarətində biznes strukturları başqa şəxslərə verilir. Qısa müddətdə Səfər Əbiyevin müflisləşdirilməsi prosesi gedir.
Bu məlumatların təsdiqi kimi “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin yaydığı xəbəri də göstərmək olar. Həmin məlumatda deyilir ki, Səfər Əbiyevə məxsus olan ərazi əlindən alınıb. Məlumatda Yasamal rayonu Həsən Məcidov küçəsində yerləşən böyük ərazinin əslində Azərbaycan Ali Hərbi Məktəbinin (Avtopark) balansında olduğu bildirilib. Məlumata görə, həmin ərazidə Silahlı Qüvvələrin zabitləri üçün mənzillərin tikilməsi ilə bağlı ideya olub. Lakin bu ideya Səfər Əbiyev tərəfindən müsbət qarşılanmayıb. Keçmiş nazir həmin ərazidən özünün biznes maraqları üçün istifadə etmək qərarı verib. Amma artıq həmin ərazi üzərinə “Renessans Palace” yazılmış hasarla əhatə olunub. Ərazidə tikinti işlərinin “AS Group Investment” tərəfindən aparıldığı qeyd edilib./azadlıq/
1191 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber