Şrift ölçüsü:
A+
A
A-
Kr
26 May 2014

Qələbəni yalnız qələbəyə inananlar qazana bilər!

Anna Axmatova 1938-ci ildə yazırdı: “Həyat yoldaşım məzarda, oğlum türmədi. Mənim üçün dua edin...”

Rauf Mirqədirovun anası bu gün məhz belə bir vəziyyətə salınıb. Biz hazırda Azərbaycanda ən ağır günləri keçiririk. Raufun anasına dəstək verin, onun azadlığa buraxılmasını, heç olmasa, barəsindəki həbs-qətimkan tədbirinin dəyişdirilməsini tələb edin. Bu ağır günlərdə Raufun anasının yanında olması çox vacibdir. Həm də ona görə vacibdir ki, atası kimi anasını da itirməsin.

Raufun yaxınlarının mənə bildirdiyinə görə, Baş Prokurorluq əməkdaşlarının jurnalistin valideynlərinin yaşadığı evdə apardığı kobud axtarışdan sonra atasının vəziyyəti kəskin pisləşib. Ağsaqqal adam ailəsinə qarşı bu cür hörmətsizliyə, təhqirə tab gətirə bilməyib.

Raufun atası yaxşı bilirdi ki, Azərbaycanda bu cür istintaq hərəkəti zamanı axtarışı aparanların özləri evlərə narkotikdən tutmuş, silaha qədər ən müxtəlif əşyalar, maddələr atırlar. Məhz bunun stressi onun ölümünə gətirib çıxartdı. Jurnalistin atası axtarışdan az sonra bu dünyaya gözlərini əbədi yumdu.

Mən Raufun anasını gördüm, onun əlləri əsirdi, özündə deyildi. Bu dünyada onun daha nə qədər ömrü qalıb?..

Raufun bu müddətdə daim anasının yanında ola bilməsi üçün əlimizdən gələn hər şeyi etməliyik.

Rauf Mirqədirovun heç bir təqsiri yoxdur, amma bir aydan çoxdur ki, həbsdə saxlanılır.

Heç bir istintaq aparılmır. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsinin müstəntiqləri növbəti saxtakarlıqlar üçün jurnalistlərdən ifadələr alırlar.

Raufun həmkarları! Jurnalistlər!

Imkan verməyin ki, prokurorluq sizdən, sizin ifadələrinizdən “casus işi” adlandırılan işdə öz məkrli məqsədləri üçün istifadə eləsin!

“Istintaq sirrini yaymamaq” haqda iltizama imza atmayın!

Çünki gerçəkdə heç bir istintaq yoxdur, sadəcə, sizləri qorxudub, Raufa qarşı saxta ittihamlar yaratmaq cəhdi var.

Prokurorluqda olduğunuz zaman baş verənlər haqda yazın, ictimailəşdirin.

Heç nədən qorxmayın! Qələbəni yalnız qələbəyə inananlar qazana bilər!/azadlıq/
1266 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber