Şrift ölçüsü:
A+
A
A-
Kr
26 May 2014

"Ərdoğanın qızı şərab içir"

Türkiyə Ədalət və İnkişaf Partiyasının (AKP) keçmiş millət vəkili Feyzi İşbaşaran, Tvitter-dəki hesabından baş nazir Ərdoğan haqqında ağır iddialar ortaya atdı.

Qızı şərab içir

Feyzi İşbaşaran tvitlərinin birində Ərdoğanın qızı haqqında belə bir iddia ortaya atır:

"Sənin qızın ərəb əmirləri ilə Petrus şərabı içir. Yayımlamağa utanırıq. Heç bir şey gizli qalmaz. London qarsonları yayımlayar".

Qeyd edək ki, bir ədəd Petrus şərabının qiyməti təqribən 20 min dollardır.

Əminə Ərdoğanın ləqəbi nədir?

17 dekabr hadisələrindən sonra internetə ötürülən səs yazılarına toxunan İşbaşaran, "Adamın evindən 1 milyard dollar çıxdı. "Oğlum sıfırladınmı?" Allah sizin kimi müsəlmanların bəlasını versin. Bu pul kimindir?  Oğru!",-deyə yazdı ve belə davam etdi:

"Əmi, anam hovuza girərkən görünsün istəmirəm". "Narahat olma, pərdəni çəkərik". Allah sizinin bəlanızı versin. Başlarını ətəyi ilə örtənlər. Əminə, hovuza çılpaq girsən nə olar, paltarlı girsən nə olar. Sənin partiyadakı ləqəbini bilirik. "Aliye Rona". Aliye Ronaya qurban ol".

Qeyd edək ki, Aliyə Rona Türkiyə kinosunun ən güclü aktrisalarından biri hesab edilirdi. Onu ən çox "ifritə" xarakterli rolları ilə tanıyırlar.

Ərdoğan öldürülməlidir

Sonrakı tvitlərində Ərdoğanın özü haqqında da olduqca ağır ifadələr işlədən İşbaşaran belə davam edir:

"KARUN-u öldürün və millətin malını xəzinəyə geri qaytarın. Başqa yolu yoxdur. Bu bir oğurluqdur. Bunun bir əvəzi olmalıdır. Propaqandaya qarşı mübarizə aparın".

"Bu mənim şəxsi fikrimdir. Bu dikatator öldürülməlidir. Dünya bir Hitleri daha görməməlidir. Bu, dünya üçün çox qorxulu olar. Özü çəkilib getsin. "Polisə əmri mən vermişəm",-deyib xalqının qanını ökən biri prezident ola bilməz. Olsa, təhqir edilər, məğlub edilər. Qan tökülər. ƏSLA DÜŞÜNMƏ!"

Bu ağır ifadələrdən sonra, İşbaşaranın Tvitter hesabı "sındırılbmı" mübahisələrinə, keçmiş millət vəkilinin özü belə cavab veridi: "Hesabın sındırılsa, xəbər edəcəyəm".

Onu da qeyd edək ki, keçmiş millət vəkili Feyzi İşbaşaran, 2010-cu ildə işçkili vəziyyətdə maşın idarə etdiyi üçün polislər tərəfindən saxlanılmış və o əsnada  polisləri təhqir və təhdid etmişdi. Bu macəra millət vəkilinin üzvü olduğu AKP sıralarından ixrac edilməsi ilə sonuclanmışdı.

1408 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber