Şrift ölçüsü:
A+
A
A-
Kr
26 May 2014

“Azadlıq” radiosunun müxbirinə hücum olub

Mayın 26-da “Azadlıq” radiosunun müxbiri Elçin İsmayıl İsmayıllı rayonunda təzyiqə məruz qalıb. Özünün bildirdiyinə görə, o, İsmayıllının Buynuz kəndində sakinlərin şikayəti əsasında çəkiliş edirmiş. Bu zaman ərazidə olan mülki geyimli şəxslər ona hücum edib. Elçin İsmayıla xəsarət yetirən həmin şəxslər onun çəkiliş apardığı kamerasını da sındırıblar.
“Sakinlər mənə şikayət etdilər ki, restoranlar su xətlərinə qanunsuz müdaxilə edir və buna görə də kəndlərə su getmir. Çəkiliş xahiş etdilər. Bu şikayət əsasında mən Buynuz kəndinə çəkilişə getdim. Çəkiliş apardığım obyekt Qəbələnin Tikanlı kəndindən olan Fazil Şəfiyevə məxsusdur. Çəkiliş zamanı onun oğlu və işçisi məni vurdular, söyüb təhqir etdilər. Onlar kameramı alıb qırandan sonra özümə qaytardılar. Məsələ barədə 102 xidmətinə və İsmayıllı Rayon Polis Şöbəsinə müraciət etmişəm”, - deyə journalist başına gələnləri nəql edib.
Son məlumata görə, Elçin İsmayıla hücum edən ata və oğul saxlanılıb. Hazırda həm jurnalist, həm də ona hücum edənlər İsmayıllı rayon polis idarəsində izahat verirlər.
1495 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber