Şrift ölçüsü:
A+
A
A-
Kr
26 May 2014

Aynar Məmmədovun qalmaqallı maşını hardadır? - Fotofakt

Millət vəkili Elton Məmmədovun oğlu Aynar Məmmədova məxsus 10 LZ 100 dövlət nömrə nişanlı qalmaqallı “Nissan Skyline GT-R35“ avtomobili hələ də cərimə meydançasındadır. Maşın sahibi sürücülük hüququndan məhrum edilib, maşın isə Bakı şəhər Dövlət Yol Polis İdarəsinin Badamdar qəsəbəsi yaxınlığında yerləşən cərimə meydançasında saxlanılır. Qeyd edək ki, 10 LZ 100 dövlət nömrə nişanlı “Nissan Skyline GT-R35“ avromobilin sahibi Zığ-Aeroport yolunda yarışa çıxmışdı. Yutub sosial şəbəkəsində yayılandan və medianın diqqətini cəlb edəndən sonra avtomobil cərimə meydançasına aparıldı, sahibi isə sürücülük hüququndan məhrum edildi. Millət vəkili Elton Məmmədov bahalı maşının oğlu Aynara deyil, Zaur Bağırov adlı bir şəxsə məxsus olduğunu bildirmişdi. Deputat həmçinin Zauru tanımadığını da qeyd etmişdi. Daha sonra məlum oldu ki, Zaur Bağırov millət vəkilinin oğlu Aynar Məmmədovun ən yaxın dostudur./axar/


1203 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP