Şrift ölçüsü:
A+
A
A-
Kr
26 May 2014

Hərbi ekspert od püskürdü: “Yetər biabırçılıq”

“Yetər artıq bu biabırçılıq. Qəti şəkildə xəbərdarlıq edirəm. Bir də belə ağ yalan məlumat versəniz, daha sərt və amansız faktları ictimailəşdirəcəyəm”.

Bu sözləri hərbi ekspert Üzeyir Cəfərov öz Feysbuk profilində Müdafiə Nazirliyinin erməni polkovniklə bağlı açıqlamasına münasibət bildirərkən yazıb.

Ekspert nazirliyin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlının bu açıqlamasını “ağ yalan” adlandırıb:

“Bu da Müdafiə Nazirliyinin növbəti ağ yalanı. Siz kimi yalançı adlandırırsınız? Hörmətli dostum Vaqıf Dərgahlı və sizə bu məlumatı Azərbaycan cəmiyyətinə sırımağa göstəriş verən rəhbər şəxslərdən kimsə? Bu da deyəsən bu bədnam Rusiya vətəndaşı olan, əsli-nəcabəti bilinməyən Bağır Fətullayev məsələsinə döndü. Əvvəl belə bir adamın Silahlı Qüvvələr sırasında xidmət etməməsi haqqında məlumat veririsiniz, sonra da bu utanmaz çıxıb deyir ki, mən xidmət edirəm. Yetər artıq bu biabırçılıq. Qəti şəkildə xəbərdarlıq edirəm. Bir də belə ağ yalan məlumat versəniz, daha sərt və amansız faktları ictimailəşdirəcəyəm. Məndə artıq şübhələr yaranıb ki, Müdafiə Nazirliyində oturan bəzi şəxslər deyəsən həqiqətən də tamam başqa məqsədlərə xidmət edirlər. Biz müharibənin odunu-alovunu keçəndə çoxları kefdə idi. İndi biz həqiqəti söyləyəndə bəzi ağzıgöyçəklər bizi yalançı adlandırılar. Diqqətli və ehtiyatlı olun”.

Qeyd edək ki, dünən Silahlı Qüvvələrin Hərbi Akademiyasında xidmət edən erməni əsilli polkovnik Seyran Qafarov haqqında məlumat yayılıb. Nazirlik isə bu gün bu məlumatı təkzib edərək, Seyran Qafarov adlı polkovnikin hazırda ümumiyyətlə orduda xidmət etmədiyini, 2009-cu ildə yaş senzi ilə bağlı təqaüdə göndərildiyini rəsmən açıqlayıb.
1157 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:19