Şrift ölçüsü:
A+
A
A-
Kr
26 May 2014

Türkiyədə aksiya: İlk istefa verildi

Hazırda Soma mədənində baş vermiş faciə ilə bağlı etiraz aksiyası davam edir

Soma mədənçiləri Türkiyə Mədən İşçiləri Təşkilatının qarşısında etiraz aksiyası keçirib.

Nümayişçilər Türkiyə Mədən İşçiləri Təşkilatının Ege şöbəsinin rəhbəri Tamer Küçükgencayın istefa verməsini tələb edib. Aksiyaçılar təşkilatın binasını ələ keçirməyə çalışıb. Daha sonra aksiyaçılar icra hakimiyyətinin qarşısında toplaşıblar. Polis onlardan ərazini tərk etməyə çağırıb. Lakin nümayişçilər buna əməl etməyib.

Nəticədə Türkiyə Mədən İşçiləri Təşkilatının Ege şöbəsinin rəhbəri Tamer Küçükgencay nümayişçilərin qarşısına çıxıb və istefa verdiyini bəyan edib. T. Küçükgencayın istefa açıqlaması aksiyaçıları sakitləşdirməyib. Hazırda onların etiraz aksiyası davam edir.

Xatırladaq ki, mayın 13-də axşam Türkiyənin Manisa vilayətinin Soma şəhərində kömür mədənində baş verən partlayış və ardınca yanğın yüzlərlə adamın ölümü ilə nəticələnmişdi. Qəza vaxtı mədəndə 700-dən artıq fəhlə olub. 301 nəfər ölmüşdü.
1340 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi