Şrift ölçüsü:
A+
A
A-
Kr
26 May 2014

Azərbaycanlı polkovniki 9-cu mərtəbədən aşağı atdılar

Daxili işlər orqanlarının keçmiş zabiti Ukraynada sui-qəsd nəticəsində ağır yaralanıb

Azərbaycan daxili işlər orqanlarının keçmiş zabiti Ukraynada sui-qəsd nəticəsində ağır yaralanıb.

Ukrayna Azərbaycanlıları Həmrəylik Təşkilatının sədri İlqar Məmmədov bildirib ki, Ukraynanın Jitomir şəhərində sui-qəsdə məruz qalan şəxs sabiq polis polkovnik-leytenantı, son günlərə qədər Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Ukrayna bölməsinin təhlükəsizlik xidmətində çalışan Natiq Novruzovdur.

Hadisə ötən həftə axşam saatlarında Jitomir şəhərində N.Novruzovun tanışlarından birinin evində baş verib. Belə ki, tanışlarından birinin 9-cu mərtəbədə yerləşən mənzilinə gedən N.Novruzovun üzünə qapını tamam yad şəxslər açıb və dərhal ondan oradan uzaqlaşmağı tələb ediblər. N.Novruzov bunun səbəbini soruşduqda “Siz qara millət rədd olun buradan!” kimi təhqiramiz cavab alaraq hücuma məruz qalıb. Onu döyərək 9-cu mərtəbənin pilləkənləri arasından aşağı atıblar. Çevikliyi sayəsində pilləkənlərin dəmirlərindən tutub xilas olmağa çalışan N.Novruzov sağ qalsa da, sağ ayağı dizdən aşağı bir neçə yerdən sınıb.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib və cinayət işi qaldırılıb. Hadisəni törədənlərin kimliyi araşdırılır.

Qeyd edək ki, N.Novruzov 2006-cı ilədək Azərbaycanda daxili işlər orqanlarında müxtəlif vəzifələrdə çalışıb. Daha sonra isə “SOCAR Ukraina”nın təhlükəsizlik xidmətinin rəhbərliyində çalışıb. Son işindən üç ay bundan əvvəl uzaqlaşıb./apa/
1157 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı