Şrift ölçüsü:
A+
A
A-
Kr
26 May 2014

“İranın nüvə haqqını düşmənlərin ayaqları altına atmayacağıq”

“İranın nüvə haqqını düşmənlərin ayaqları altına atmayacağıq”. “Mehr” xəbər agentliyinin verdiyi məlumata görə, bunu İran prezidenti Həsən Ruhani bildirib.

Onun sözlərinə görə, İran öz qanuni haqqı olan nüvə məsələsində şəffaf şəkildə addım atmaq istəyir: “Biz əvvəllər də bildirdiyimiz kimi, dincməqsədli nüvə texnologiyasından yararlanmaq niyyətindəyik. İran düşmənlərin zorbalığı qarşısında dik dayanacaq. İran xalqının nüvə mövzusunda göstərilən təzyiqlər qarşısında qələbə qazanacağına əminəm. “Altılıq” ölkələri qarşısında qanuni haqqımızı qoruyaraq məntiqlə irəliləyəcəyik. İran bu yolda sanksiya zəncirini qırmaqla dincməqsədli nüvə fəaliyyətlərini davam etdirəcək”.
1003 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber