Şrift ölçüsü:
A+
A
A-
Kr
27 May 2014

Suriyaya döyüşə gedənlər yaxalandı

Türkiyədə Ağrı vilayətinin Taşlıçay rayonunda ölkəyə qaçaq yollarla daxil olan 19 nəfər yaxalanıb.

Taşlıçay rayonu təhlükəsizlik komandanlığı qüvvələri İstanbula gedən sərnişin avtobuslarından birini saxlayaraq axtarış həyata keçiriblər.
Axtarış nəticəsində avtobusda 13-ü Əfqan, 5-i Pakistan və 1-i Azərbaycan əsilli 19 nəfər saxlanılıb.

Saxlanılan şəxslərin qeyri-qanuni yollarla keçid üçün hərəyə təxminən min dollar ödədikləri və Suriyaya vuruşmaq üçün İstanbula getmək istədikləri bildirilir.
1448 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:26