Şrift ölçüsü:
A+
A
A-
Kr
27 May 2014

“Hansı daşı qaldırsanız, altından Pensilvaniya çıxır”

Ərdoğan Kölndən dönərkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

Baş nazir Ərdoğan Gülənin Türkiyədəki gərginliyin tam mərkəzində olduğunu söyləyib:

"Pensilvaniyanın Türkiyədəki gərginliyin harasında olduğunu soruşursunuz. Pensilvaniya bu işin tam göbəyindədir. Hansı daşı qaldırsanız, altından o çıxır. Və təəssüf ki, fərqli dini qruplarla dinlərarası dialoqu qura bilən Pensilvaniya öz ölkəsində müsəlman qardaşları ilə dialoqu qura bilməyib, onları çox fərqli bir şəkildə ittiham etməyə başlayıb. Fərqli dinlərin mənsubları ilə dialoq qura bilirsən, öz müsəlman qardaşınla qura bilmirsən? Bu, üzərində çox düşünülməsi lazım olan bir şeydir! Bunun cavabını onların tapması lazımdır”.
1126 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP