Şrift ölçüsü:
A+
A
A-
Kr
27 May 2014

“Qardaşım ərəb dünyasında gedən siyasi oyunların qurbanı oldu”

Suriyada öldürülən azərbaycanlının qardaşı: “Qardaşım ərəb dünyasında gedən siyasi oyunların qurbanı oldu”

Xəqani Quliyev: “Dünən mətbuatda qardaşımın ölüm xəbəri yayılandan sonra hüquq-mühafizə orqanları mənim də ifadəmi alıb”

Bunu iki gün əvvəl Suriyada öldürülən azərbaycanlı döyüşçü Elməddin Quliyevin qardaşı Xəqani Quliyev deyib.

Onun sözlərinə görə, qardaşı bir il əvvəl Suriyaya gedib: “Dünən mətbuatda qardaşımın ölüm xəbəri yayılandan sonra hüquq-mühafizə orqanları mənim ifadəmi alıb. Onlara da dedim, bizim ailəmizdə hamı ibadət edir. Buna baxmayaraq, ailəmiz Elməddinin Suriyaya getməsinin əleyhinə olub, mən də onun bu əməlini dəstəkləməmişəm. Elməddin bir neçə il əvvəl də Əfqanıstanda döyüşlərə qatılmışdı. Ailəmizin təkidi ilə oradan qayıtdı və işləməyə başladı. Təxminən bir il əvvəl yenidən Suriyaya getdi, bu dəfə onun ölüm xəbərini aldıq. Qardaşım ərəb dünyasında gedən siyasi oyunların qurbanı oldu. Onun şəhid olub-olmadığını da Allah bilir, biz bu barədə heç nə deyə bilmərik”.

X. Quliyev həmçinin qeyd edib ki, qardaşı çox savadlı olub, Suriyaya getməzdən əvvəl Azərbaycanda xarici şirkətlərin birində çalışıb: “Qardaşım Sumqayıt Dövlət Universitetini bitirib. Xarici şirkətdə işlədiyi üçün ingilis dilini mükəmməl bilirdi. Lakin nə fayda, bildiklərini də özü ilə apardı”./apa/
1436 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:19<