Şrift ölçüsü:
A+
A
A-
Kr
27 May 2014

Misirdə son seçki günü

Bu gün Misirdə prezident seçkilərinin ikinci günüdür.

İki gün davam edən seçkilərin sonuncu günü seçki məntəqələri fəaliyyətini davam etdirir. Seçki günləri üsyançı qrupların hücumundan qorunmaq üçün ölkədə təhlükəsizlik tədbirləri gücləndirilib.

Rəsmi nəticələrin iki gün ərzində açıqlanması gözlənilir.

Misir prezidenti olmaq üçün iki nəfər yarışır.
Bundan əvvəl, Misir ordusunun rəisi Abdul Fattah al-Sisi istefa verib, ölkə prezidenti olmaq niyyətində olduğunu elan edib. Qeydiyyatın bitməsinə bir gün qalmış Misirdə solçu liderlərdən olan Hamdeen Sabahi namizədliyini irəli sürüb. Sabahi keçmiş Misir hökumətinin dövründə müxalif fəaliyyətinə görə dəfələrlə həbs edilib.
Ancaq prezidentliyə real namizəd yenə də Sisidir. Rəy sorğularının nəticələrinə görə, Sisinin prezident seçilməsi gözlənilir.

Qeyd edək ki, Fattah al-Sisi prezident Muhammad Mursinin devrilməsindən sonra ordu başçısı təyin olunub.
Bundan əvvəl o qeyd edib ki, seçkilərdə qalib gələrsə, keçmiş prezidentlər Mübarək və Mursinin azad edilməsi ilə bağlı qərar verəcək.
Sisinin sözlərinə görə, Mübarək və Mursinin amnistiyası islamçı hərəkatı ilə barışığa töhfə ola bilər.
1443 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber